Salvador sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, yeraltı təkanların episentri Puerta-el-Triunfo şəhərindən 153 km aralıda, 33 km dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar Nikaraqua və Kosta-Rikada da hiss edilib.