Sabiq baş nazir prezident olmaq istəyir
14 oktyabr 2017 03:55 (UTC +04:00)

Sabiq baş nazir prezident olmaq istəyir

“Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko Ukrayanda 2019-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.

 

APA-nın xəbərinə görə, bu barədə “NewsOne” telekanalı məlumat verib.

 

“Namizədliyimi irəli sürəcəyəm. Biz ölkəni ayağa qaldırmaq üçün qalib gələcəyik”, deyə Y.Timoşenko bildirib.

 

O həmçinin hazırkı dövlət başçısı Petro Poroşenkonu korrupsiyada ittiham edib.

 

Qeyd edək ki, 56 yaşlı Y.Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar