Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarlarının yanvarın 21-dən Kiyevin mərkəzində yürüşlər keçirmək niyyətində olduğunu bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi Tatyana Baqranovskaya bildirib.
O, Ali Radanın qarşısındakı “çadır şəhərçiyi”nin sökülməyəcəyini qeyd edib.
M. Saakaşvilinin tərəfdarları bundan əvvəl impiçment qanununun qəbul edilməsi tələbi ilə bir neçə dəfə etiraz və mitinqlər keçiriblər.
Qeyd edək ki, Ali Radanən qarşısında oktyabrın 17-dən keçirilən müddətsiz etiraz aksiyanın üzvləri deputat toxunulmazlığının ləğv edilməsi, seçki islahatının keçirilməsini və antikorrupsiya məhkəmələrinin yaradılmasını tələb ediblər.