Saakaşvili Ukraynaya qayıdacağı tarixi açıqladı
16 avqust 2017 22:11 (UTC +04:00)

Saakaşvili Ukraynaya qayıdacağı tarixi açıqladı

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıtmaq niyyətindədir.

 

APA-nın məlumatına görə, bu barədə M.Saakaşvili özünün “Feysbuk” səhifəsində bildirib.

 

“Bu gün mən elan edirəm ki, sentyabrın 10-da Polşa ərazisindən Ukraynaya qayıdacam. Xahiş edirəm Ukrayna hökuməti bundan sirk qurmasın”, deyə M.Saakaşvili qeyd edib.

 

M.Saakaşvili iyulun 26-da prezident P.Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum edilib. Hazırda M.Saakaşvili Avropa İttifaqı ölkələrində səyahət edir.  Polşa, Litva və Macarıstanda olan sabiq qubernator dəfələrlə Ukraynaya dönəcəyini bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar