Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, bu barədə məlumat Ukrayna dövlət başçısının saytında dərc edilib.
Digər sərəncamla, M.Saakaşvili Ukrayna prezidentinin ştatdankənar müşaviri vəzifəsindən də azad edilib.
Qeyd edək ki, noyabrın 7-də Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.