Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili ölkə prezidenti Pyotr Poroşenkoya barışıq təklifi ilə məktub göndərib. APA-nın xəbərinə görə, bu barədə Ukraynanın “1+1” telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Bundan əvvəl M.Saakaşvili P.Poroşenko ilə razılığa gəlməyin vacibliyini vurğulamışdı.
“Poroşenkoya məktub artıq göndərilib. Mişa barışıq təklif edir”, - deyə məlumatda bildirilir.