Saakaşvili dama qalxmasının səbəbini açıqladı
17 dekabr 2017 07:58 (UTC +04:00)

Saakaşvili dama qalxmasının səbəbini açıqladı

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində saxlanılmasının təfərrüatlarını açıqlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanıldığı gün ukraynalı polislər onun yaşadığı ünvana səhər saat 7.00-da gələrək 45 dəqiqə ərzində mənzilin qapısını qırmağa çalışıblar.   

 

Onun sözlərinə görə, polislər mobil rabitə əlaqəsini süni yolla bloklayıblar.  M.Saakaşvili qeyd edib ki, tərəfdarlarına zəng edib hadisə barədə məlumat vermək məqsədi ilə binanın damıma çıxmağa qərar verib. O, dama çıxmaqla iki saat vaxt udduğunu  qeyd edib: “İnsanlar yuxudan oyandı, məlumatı əldə etdi və nəticədə binanın qarşısında xeyli sayda tərəfdar və KİV nümayəndələri toplaşdı”.    

 

Gürcüstanın sabiq prezidenti binanın damında əllərinə qandal vurulmasına imkan vermədiyini qeyd edib. Onun sözlərinə görə, mənzilə daxil olduqdan sonra polislərə duş qəbul etmək istədiyini bildirib: “Mən duş qəbul edərkən polislər vanna otağının qapısını döyməyə başladı, sonra otaqda dava düşdü və sonda polislər onun  əllərinə qandal vurmağa nail oldular”.

 

Mixail Saakaşvili təcridxanada ona normal münasibət göstərildiyini qeyd edib: “Adi, standart və təmiz kamera idi, 13 saylı. Yeri gəlmişkən, duş kabinəsi ilə təchiz edilmiş yeganə kamera idi. Yeməkdən imtina etmişdim, amma çayla problem yox idi, istənilən kimi verilirdi”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Oxşar yazılar