Saakaşvili aclıq aksiyasına başlayır
09 dekabr 2017 05:22 (UTC +04:00)

Saakaşvili aclıq aksiyasına başlayır

Mixeil Saakaşvili müddətsiz aclıq aksiyasına başlayır.

 

APA-nın "112 Ukrayna"ya  istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Ruslan Çernolutski bildirib.

 

Vəkilin sözlərinə görə, Saakaşvili bəyan edib ki, ona qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır və siyasi xarakter daşıyır.

 

“Hakimiyyət məni yalançı ittihamlarla həbs edib. Bununla sizi qorxutmaq istəyirlər”, Saakaşvilinin tərəfdarlarına ünvanladığı  məktubda deyilir. 

 

Məlumata əsasən, Ukrayna Baş prokurorluğu Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib. Məhkəmə 72 saat ərzində Saakaşvili barəsində qərar çıxaracaq.

 

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru, “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili ötən axşam Kiyevdə saxlanılıb. O, Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə - cinayətkar təşkilatlarla əməkdaşlıqda və cinayət tərkibli əməllərdə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar