AKP-yə yaxın mediadan Rza Zərrabla bağlı iddia
07 yanvar 2014 18:16 (UTC +04:00)

AKP-yə yaxın mediadan Rza Zərrabla bağlı iddia

Ötən il dekabrın 17-də həyata keçirilən korrupsiya və rüşvət əməliyyatı çərçivəsində həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərraba Türkiyə hökuməti əleyhinə ifadə verməsi halında azadlığa buraxılmaq təklif edilib.

 

Lent.az-ın xəbərinə görə, bu iddia ilə Türkiyənin hökumətə yaxın media quruluşları çıxış edib.

 

Məlumatlara görə, yanvarın 5-i və 6-da R.Zərraba bu təklifi vəkil Halil İbrahim Koca aparıb. Vəkili Zərraba “İşi hökumətin üstünə yıx, səni sərbəst buraxdırıb, evinə göndərək” deyib.

 

Bildirilir ki, iş adamından təqsirləndirildiyi işləri Türkiyə hökumətinin bilgisi və tapşırığı ilə həyata keçirdiyini “etiraf” etməsi istənilir. İranlı biznesmenin bu təklifə hansı cavabı verdiyi isə bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1570
avatar

Oxşar yazılar