Rusiyalı nazir rüşvət alarkən saxlanıldı
15 noyabr 2016 03:56 (UTC +04:00)

Rusiyalı nazir rüşvət alarkən saxlanıldı

Rusiya İstintaq Komitəsi ölkənin İqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nazir artıq saxlanılıb, ona qarşı həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

 

İstintaq Komitəsinin məlumatına görə, A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, nazir rüşvət alan zaman saxlanılıb.  Hazırda faktla bağlı istintaq-əməliyyat tədbiri həyata keçirilir.

 

60 yaşlı Aleksey Ulyukayev 2000-2004-cü illərdə maliyyə nazirinin birinci müavini, 2004-2013-cü illərdə Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini olub. 2013-cü il, iyunun 24-dən iqtisadi inkişaf naziri vəzifəsində çalışır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301
avatar

Oxşar yazılar