Rusiyanın hərbi polisi Suriyada xidmət çəkəcək
05 iyul 2017 05:20 (UTC +04:00)

Rusiyanın hərbi polisi Suriyada xidmət çəkəcək

0

Rusiyanın hərbi polisi Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilə bilər. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Astanada keçirilən Suriya danışıqlarında Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.   

 

“Hələlik rusiyalı müşahidəçilərin və ya Rusiya Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakından danışmaq çətindir, lakin, ümumilikdə,  Rusiyanın hərbi polisinin Suriyada təhlükəsizlik bufer zonalarında yerləşdirilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

 

Lavrentyev bildirib ki,  sənədlərin imzalanmasından sonra 2-3 həftə ərzində Suriyada təhlükəsizlik bufer zonalarının yaradılması nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar