Rusiyanın “Xabarovsk hava yolları” aviaşirkətinə məxsus təyyarə qəza enişi edib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, “An-26” sərnişin təyyarəsində pilotların kabinəsində şüşə çatlayıb. Bu səbəbdən havaya qalxan təyyarə Xabarovsk hava limanına dönməli olub.
Təyyarənin göyərtəsində 30 sərnişin və 5 ekipaj üzvü olub. İnsident nəticəsində zərərçəkən olmayıb. Faktla bağlı araşdırma aparılır.