Rusiyanın Voloqodsk vilayətinin Vıteqorsk rayonunda saxta pul əsginasları hazırlayan 28 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu cinayətə bomj həyatı yaşayan bir azərbaycanlını da cəlb edib.
Polis saxta pul hazırlayan azərbaycanlıları təsadüfən yaxalayıb. Mağazaların birində alıcı saxta əsginaslarla 5 min rubl ödəmək istəyib. Satıcı əsginasların saxta olduğunu anlayıb və polisə zəng açıb.
İlkin dindirmə zamanı soydaşımız hər şeyi etiraf edib və ona yardım edən bomj həyatı yaşayan azərbaycanlının olduğunu da etiraf edib.
Bomj da yaxalanıb. Cinayət işi açılıb, araşdırma aparılır.