Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Mühafizə Xidmətinin Qafqaz üzrə rəhbəri, general Gennadiy Lopırev həbs edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Gennadiy Lopırev rüşvət almaqda şübhəli bilinir.
Mətbuata qapalı keçirilən məhkəmədə müstəntiqin vəsatəti təmin edilib. Gennadiy Lopırev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun vəkilləri bildirib ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək.