Rusiyada fərari erməni zabiti tutuldu
02 sentyabr 2016 14:25 (UTC +04:00)

Rusiyada fərari erməni zabiti tutuldu

0

Ermənistan Silahlı Qüvvələrinin fərarı zabit Rusiyada tutulub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Tümen vilayəti üzrə prokurorluğunun mətbuat xidməti açıqlama yayıb.

 

Açıqlamada bildirilir ki, Vaqe Ohanesyan avqsutun 29-da Tobolsk şəhərində polis tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən onun axtarışda olduğu üzə çıxıb.

 

Məhkəmə barəsində həbs qərarı verib.

 

Fərari zabitin Ermənistana ekstradisiyası üçün sənədləşmə işləri aparılır.

 

Ermənistan vətəndaşı Vaqe Ohanesyan 2009-ci ildə Ermənistan ordusunda xidmətə başlayıb.

 

2016-cı ilin fevralında 28 yaşlı bölük komandiri məzuniyyətə çıxıb və Ermənistanı tərk edib.

 

Faktla bağlı “fərarilik” maddəsi ilə cinayət işi açılıb, ona qarşı qiyabi ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 519

Oxşar yazılar