Rusiyada azərbaycanlını qətlə yetirən iki erməninin məhkəməsi başlayır
10 mart 2016 00:38 (UTC +04:00)

Rusiyada azərbaycanlını qətlə yetirən iki erməninin məhkəməsi başlayır

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşını oğurlayaraq öldürməkdə təqsirləndirilən iki erməninin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb,

 

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Sankt-Peterburq şəhər prokurorluğu məlumat yayıb.

 

İstintaqın məlumatına görə, hadisə ötən ilin sentyabr ayında baş verib. Azərbaycan vətəndaşının arvadı polisə həyat yoldaşının itkin düşməsi ilə bağlı ərizə iıə müraciət edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycan vətəndaşı ilə erməni Arman Arakelyan və Qayka Tadevosyan arasında mübahisə baş verib. İki erməni azərbaycanlını avtomobilinin yük yerinə qoyaraq şəhərdən kənar yerə aparıblar. Daha sonra orada onu bıçaqla qətlə yetiriblər. Azərbaycan vətəndaşının cəsədini torpağa basdırandan sonra onun avtomobilini yandırıblar.

 

Ermənilərin cinayət içi üzrə ibtidai istintaq yekunlaşıb, cinayət işi baxılması üçün Sankt-Peterburqun Puşkin rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar