Rusiyada azərbaycanlı şagird bacısına görə soydaşını güllələdi
31 yanvar 2013 12:43 (UTC +04:00)

Rusiyada azərbaycanlı şagird bacısına görə soydaşını güllələdi

Rusiyanın Krasnoyarsk şəhərinin orta məktəblərinin birində iki azərbaycanlı şagirdin dava güllələnmə ilə nəticələnib.

 

Lent.az-ın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Krasnoyarskın Voronova küçəsindəki məktəblərin birində baş verib.

 

Məktəbdə 10-cu sinifdə oxuyan yeniyetmə 11-ci sinif şagirdinin onun bacısına söz atmasından qəzəblənib. Hər iki azərbaycanlı yeniyetmə arasında əvvəllər də bununla bağlı mübahisə olub. Bu dəfə mübahisə zamanı isə qardaş bacısına narahat edən 11-ci sinif şagirdinə travmatik tapançadan atəş açıb. Yeniyetmə soydaşımız yaralansa da, həyatı üçün ciddi təhlükə yoxdur. Hadisə yerinə əməliyyat-istintaq qrupu göndərilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1442
avatar

Oxşar yazılar