Ötən gecə Rusiyanın Omsk şəhərindəki Novoomsk qəsəbəsində yataqxanada yanğın baş verib.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata gör, yerli vaxtla saat 05.30 radələrində baş verən yanğın nəticəsində ikisi 13 və 14 yaşlı uşaqlar olmaqla, 5 nəfər ölüb.
Yanğın zamanı ikisi ağır olmaqla, 7 nəfər də xəsarət alıb. Xilasedicilər 60 nəfəri xilas edib. Yanğın yerli vaxtla saat 08.29 radələrində lokallaşdırılıb.
Rusiya İstintaq Komitəsi ilkin ehtimala əsasən yanğının yerli vaxtla saat 05.20 radələrində 23 yaşlı gəncin yemək hazırlayarkən elektrik piltəsində yanğın nəticəsində baş verdiyini açıqlayıb.