Rusiyanın “Qazprom” qaz şirkəti 2017-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə ixrac olunan qazın həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 % artırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin məlumatında bildirilib.
Məlumata görə, şirkət Yunanıstana qaz ixracını 11,6% , Bolqarıstana - 6,8%, Macarıstana - 22,3%, Serbiyaya - 26,1% artırıb.
Ümumilikdə, “Qazprom” qazın uzaq xaricə ixracının həcmi qeyd olunan dövr ərzində 8,3% (175 mlrd. kubmetr) artırılıb.