Rusiya SSRİ-nin daha bir marşalını itirdi
29 may 2013 04:34 (UTC +04:00)

Rusiya SSRİ-nin daha bir marşalını itirdi

Sovet İttifaqı Marşalı Viktoru Kulikov bu gün 92 yaşında vəfat edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Rusiya hərbi rəislər klubu aparatının rəhbəri Nikolay Deryabin deyib : «Rusiya üç marşalından birini, Viktor Kulikovu itirib. O, uzun sürən ağır xəstəlikdən sonra vəfat edib».

 

N.Deryabin qeyd edib ki, V.Kulikov Sovet İttifaqı Qəhrəmanıdır və ikinci dünya savaşında ilk gündən sonadək vuruşub.

 

1941-45-ci illərdə Kulikov tank qoşunları tərkibində  çeşidli cəbhələrdə komandir olub.

 

1971-77-ci illərdə isə keçmiş SSRİ Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Varşava müqaviləsi dövlətləri ordusunun komandanı vəzifəsində çalışıb.

 

Hazırda Rusiyada iki Sovet İttifaqı Marşalı yaşayır - Vasili Petrov (96 yaş) və Dmitri Yazov (88 yaş).

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160
avatar

Oxşar yazılar