Rusiya İŞİD-lə bağlı 68 ölkənin görüşünə qatılmayacaq
10 mart 2017 06:06 (UTC +04:00)

Rusiya İŞİD-lə bağlı 68 ölkənin görüşünə qatılmayacaq

Rusiya ABŞ-ın rəhbərlik etdiyi İŞİD-lə mübarizə üzrə koalisiyasının 68 ölkəsinin nazirlər səviyyəsində keçiriləcək görüşündə iştirak etməyəcək.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə  ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi v.m.i.e. Mark Toner deyib.

 

“Rusiya koalisiyanın üzvü olmadığı üçün görüşdə iştirak etməyəcək”, - deyə Toner bildirib.  

 

Qeyd edək ki, İŞİD-lə mübarizə üzrə koalisiyasının 68 ölkəsinin nazirlər səviyyəsində görüşü 22-23 mart tarixlərində Vaşinqtonda  keçiriləcək. Görüşə ABŞ dövlət katibi Reks Tillerson sədrlik edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar