Rusiya Hələbdəki Baş Konsulluğunu bağladı
16 yanvar 2013 05:11 (UTC +04:00)

Rusiya Hələbdəki Baş Konsulluğunu bağladı

Yanvarın 15-də Hələb universitetində baş vermiş partlayışdan sonra Rusiyabu şəhərdəki baş konsulluğunu bağlayıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Moskvanın Dəməşqdəki səfirliyi konsulluğun müvəqqəti olaraq, fəaliyyətini dayandırdığını bildirib.

 

Rusiya vətəndaşlarına konsulluqla bağlı bütün məsələlərə görə, səfirliyin uyğun bölməsinə müraciət etmələri istənilib.

 

Suriya hüquq müdafiəçilərinin məlumatlarına əsasən, müxalifətlə rejimin ordusu arasındakı silahlı toqquşma nəticəsində yüz mindən çox insan həlak olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar