Rusiya Hindistana 200 “Ka-226” tipli helikopter satacaq, onlardan 160-ı lisenziya əsasında Hindistanda istehsal ediləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov prezident Vladimir Putinlə görüşündə bildirib. Onun sözlərinə görə, müvafiq saziş iki ölkə arasında 2016-cı ildə imzalanıb.
Putin layihənin dəyəri ilə maraqlanıb. “Bir milyard dollardan çox. Qırx helikopter hazır olandan sonra tədarük ediləcək. Daha 160 helikopter lisenziya əsasında Hindistan ərazisində istehsal ediləcək”, - deyə “Rostex” rəhbəri bildirib.