Rusiya ordusu Ukraynanı Luqanşine məntəqəsinə daxil olub. Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bildirib ki, ölkənin 3 km ərazisinə girən Rusiya ordusu həmin məntəqədə pusqu qurub.
Şura təcavüzkarın Luqanşinedə dəhliz yaradaraq, Ukrayna ərazisinə hərbi texnika və muzdlu keçirəcəyindən şübhələnir.
Mənbə bildirib ki, iyulun 12-də Staniçno-Luqansk rayonunun Geevka kəndi yaxınlığına, Rusiya-Ukrayna sərhədinə Rusiyanın qoşun cəmləşdirdiyi müşahidə olunub.