Rusiya 160 minlik əsgərlə hərbi manevrə başlayıb
14 iyul 2013 01:50 (UTC +04:00)

Rusiya 160 minlik əsgərlə hərbi manevrə başlayıb

İyulun 13-də Rusiya 160 min əsgəri iştirakı ilə Uzaq Şərq gəsində hərbi manevrə başlayıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, əvvəlcə onların sayının 80 min olacağı bildirilirdi.

 

Bu ilin yanvarından Rusiya üçüncü sürpriz hərbi təlim keçirir. İndiki manevrin iyulun 20dək davam edəcəyi gözlənilir.

 

Hərbi təlimdə minə yaxın tank və zirehli texnika, 130 döyüş gəmisi və Sakit okean Donanmasının 70 döyüş gəmisi iştirak edir.

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, təlimin keçirilməsində məqsəd hərbi birliklərin döyüş hazırlığını yoxlamaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991
avatar

Oxşar yazılar