“Miss Amerika - 2015” gözəllik yarışmasının qalibi 23 yaşlı rus qızı Kira Kazançev seçilib. Lent.az-ın məlumatına görə, Amerika gözəlinə kristal tacı ötən ilin qalibi Nina Davuluri taxıb.
K. Kazançevin atası ABŞ-a miqrant olaraq gəlib. O, Kaliforniyada dünyaya gəlsə də, Nyu-Yorkda yaşayır. Hofstra Universitetinin tələbəsi olan bu qıza yarışmanın tələblərinə uyğun olaraq 50 min dollar mükafat verilib.
Qeyd edəki, 17-24 yaşlı qızlar arasında keçirilən “Miss Amerika” gözəllik yarışması 1921-ci ildən başlayaraq ABŞ-da keçirilir. “Miss Amerika” titulu isə 1951-ci ildə təsis edilib.