Rus əsgərin qətlində 20 yaşlı erməni şübhəli bilinir
22 aprel 2017 22:31 (UTC +04:00)

Rus əsgərin qətlində 20 yaşlı erməni şübhəli bilinir

0

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçini qətlə yetirməkdə 20 yaşlı mülki şəxs şübhəli bilinir. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib.  

 

“Polis əməkdaşlarının keçirdiyi genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yaşlı C.A. saxlanılıb”, - deyə o bildirib.   

 

Cinayət işi Ermənistan İstintaq Komitəsinin Mühüm İşlərin İstintaqı İdarəsinə verilib.   

 

Saxlanılan şəxs barəsində məhkəmə-psixiatrik ekspertiza təyin edilib. Məlumata görə, həmin şəxs psixi problemlərlə əlaqədar bu ilin martında ordudan təxris olunub. Onun barəsində daha əvvəl cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar