İtaliyanın paytaxtı Romada polis mərkəzi dəmiryol vağzalındakı bütün sərnişinləri təxliyə edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insidentin səbəbləri barədə hələ ki, məlumat verilmir.
İlkin məlumata əsasən, evakuasiya vağzalda silahlı şəxsin yaxalanması və yaxud şübhəli yükün aşkar edilməsi ilə əlaqədar keçirilib.
Hadisə nəticəsində saxlanılanlar barədə məlumat verilmir.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin səfəri ilə bağlı Romada təhlükəsizlik tədbirləri gücləndirilib.