ABŞ Konqresi Yuxarı Palatasının Qərbi Virciniya ştatından olan senator-demokratı Cey Rokfeller daha seçkiyə namizəd kimi qatılmayacağını bəyan edib.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, 75 yaşlı siyasətçi siyasi fəaliyyətlə məşğul olmayacağını bildirib.
1984-cü ildən o, senatordur. Hazırda təmsil olduğu palatada ticarət, elm və nəqliyyat komitəsinə başçılıq edir. 2000-ci illərin əvvəlində isə senatın kəşfiyyat komitəsinin rəhbəri olub.
Cey Rokfeller məşhur neft maqnatı Con Rokfellerin nəticəsidir. Cey Rokfeller nəsilin Demokratlar Partiyasını seçən yeganə təmsilçisidir.