Türkiyədəki terrorla əlaqədar 5 nəfər tutulub
Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bildirib ki, ölkənin Suriya ilə həmsərhəddə yerləşən Reyhanlı rayonunda terror aktını törədənlərin kimliyi müəyyən edilib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onlar Suriyadakı rejimin xüsui təyinatlı xidmətinə bağlıdır.
Mənbənin məlumatına əsasən, Türkiyənin xüsusi xidmət orqanları partlayışla əlaqədar 5 nəfəri saxlayıb. Onların 3 Suriya vətəndaşıdır.
***
00.20
Mayın 11-də Türkiyənin Suriya ilə həmsərhəd Reyhanlı rayonunda baş vermiş partlayışları tördənlərllə bağlı ilk açıqlama verilib.
Lent.az-ın Türkiyənin Habertürk-ünə istinadən məlumatına görə, ölkə baş nazirinin müavini Bəşir Atalay deyib: «Partlayışı törədənlərin yurd içindən olduğunu müəyyənləşdirmişik. Bu yöndə araşdırmaların böyük bir qismini başa vurmuşuq. Hücumun təşkilatçılar Suriyadakı rejim tərəfdarı «əl-Mühaberat» qruplaşmasına bağlı olduğu müəyyən edilib. Bu qanlı olayı törədən adamlar da, qrup da bəllidir. Avtomobilin nömrə nişanları da təsbit edilib. Bu mənfur olayın suriyalı qaçqınlar, suriyalı müxalifətlə əlaqəsinin olmaması qətidir».