Qroznıda ticarət mərkəzi yandı
28 sentyabr 2017 07:15 (UTC +04:00)

Qroznıda ticarət mərkəzi yandı

0

Çeçenistanın paytaxtı Qroznıda “Berkat” ticarət mərkəzində yanğın baş verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildirilib.

 

Məlumata əsasən, yanğın 400 kvadrat metr sahəni əhatə edib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb, zərərçəkən olmayıb. Yanğının vurduğu zərər və səbəblər barədə məlumat verilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar