Nyur-Yorkun qubernatoru Endrü Kuomo ştatda qrip epidemiyası ilə əlaqədar Fövqəladə Vəziyyət (FV) elan edib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, 20 minə yaxın sakin artıq bu virusa yoluxub. FV-nin tətbiqi ilə həddi - büluğa çatmayanların qripə qarşı peyvənd edilməsi ilə bağlı ştat qanunu müvəqqəti dayanır. Elan edilmiş durumda 6 aylıq körpədən tutmuş 18 yaşadək peyvənd ediləcək.
Bir müddət öncə Massaçusets ştatının mərkəzi Bostonda FV elan olunmuşdu. Orda 20 nəfər bu yoluxucu xəstəlikdən ölüb.
ABŞ uyğun qurumunun məlumatına əsasən, ölkənin 29 ştatında qripə kütləvi yoluxma halı qeydə alınıb.