Qəzza zolağı İsraili raket atəşinə tutdu
27 iyun 2017 00:58 (UTC +04:00)

Qəzza zolağı İsraili raket atəşinə tutdu

0

Qəzza zolağından atılan raket İsrailin cənub bölgəsində partlayıb.

 

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

 

Raket Şaar Xa-Neqev rayonu yaxınlığında boş əraziyə düşüb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

 

Qeyd edək ki, son dəfə İsrail ərazisi martın 18-də Qəzzadan raket atəşinə tutulmuşdu. Buna cavab olaraq İsrail ordusu “HƏMAS”-ın Qəzza zolağındakı mövqelərinə hava və tanklardan zərbələr endirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar