Liviyanın qətlə yetirilmiş sabiq lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.
APA-nın xəbərinə görə, bu barədə "Egypt Today" nəşrinə Seyf əl-İslam Qəddafinin nümayəndəsi Basem əl-Həşimi əl-Sül bildirib.
"Seyf əl-İslam Qəddafi 2018-ci ilin ortalarında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək", - deyə Basem əl-Həşimi əl-Sül bildirib.
Onun sözlərinə görə, Seyf əl-İslam Qəddafi Liviyadakı bütün münaqişə tərəfləri ilə razılığın əldə olunmasına nail olmaq, ölkədə sabitlik və təhlükəsizliyi təmin etmək niyyətindədir.