Bu gecə Qahirə yaxınlığında qatar qəzaya uğrayıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 20 nəfər ölüb, 100 nəfərdən çox insan yaralanıb.
Həkimlər ölənlərin sayının artacağını istisna etmirlər, çünki yaralıların çoxu ağır vəziyyətdədir.
Qeyd edək ki, qatardakı vaqonlarda 1300-ə qədər yeni əsgərliyə çağırılmış gənclər olub. Çağırışçıların olduğu vaqonların biri də devrilən vaqonlar arasındadır.