Nigeriyada kamikadze terrorçu qadının özünü bazarda partlatması nəticəsində azı 27 nəfər ölüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimal-şərqindəki Mayduquri şəhərinin yaxınlığında yerləşən Konduqa kəndində baş verib.
Məlumata görə, daha iki kamikadze özünü bazarın yaxınlığındakı qaçqın düşərgəsinin darvazası qarşısında partladıb.
Sonrakı partlayışlar nəticəsində ölən olmayıb. Son xəbərə görə, 83 nəfərin yaralandığı bildirilir.