Suriyada PYD terror təşkilatına aid düşərgədə patlayış olub.
Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, təşkilatın Tel Temur qəsəbəsindəki düşərgəsində benzin anbarında səbəbi hələ məlum olmayan yanğın baş verib. Yanğından sonra ardıcıl partlayışlar başlayıb. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
PYD 2013-cü ildə bölgədə “əsgərlərə təlim” adlı düşərgə qurduğunu, 1il əvvəl isə həmin düşərgəyə "təlim keçmək" adıyla ABŞ əsgərlərinin gəldiyini elan etmişdi.