Pxenyan Avstraliyanı da nüvə zərbəsi ilə hədələdi
23 aprel 2017 07:43 (UTC +04:00)

Pxenyan Avstraliyanı da nüvə zərbəsi ilə hədələdi

Şimali Koreya Avstraliyanın Pxenyanla münasibətlərdə ABŞ-ın siyasi kursunu rəhbər tutmağa davam edəcəyi təqdirdə bu ölkəyə nüvə zərbəsi endirəcəyi ilə hədələyib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABC telekanalına KXDR XİN-in nümayəndəsi bildirib.   

 

Məlumata görə, qeyd olunan bəyanat Avstraliya XİN rəhbəri Culi Bişopun bir neçə gün əvvəl verdiyi müsahibəyə cavab olub. C.Bişop müsahibəsində Şimali Koreyanın nüvə proqramının Avstraliya üçün ciddi təhlükə yaratdığını bildirib. C.Bişop Avstraliyaya zərbə endirilə biləcəyini də istisna etməyib.   

 

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət yenidən ötən ilin əvvəlindən gərginləşib. Buna səbəb Pxenyanın nüvə sınaqları keçirməsi və ballistik raketlər atması olub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar