Rusiya prezidenti Vladimir Putin Soçidə XXII Qış Olimpiada Oyunlarının açılışı çərçivəsində ukraynalı həmkarı Viktor Yanukoviçlə görüşüb. Lent.az-ın məlumatına görə, bu xəbəri V. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov verib.
Bundan əlavə Putin Çin, Tacikistan, Hollandiya və Türkiyənin prezidentləri ilə də görüşüb. Bu gün isə Putin Yaponiya və Qırğızıstan prezidentləri ilə görüşəcək.
Qeyd edək ki, rus lider daha əvvəl çıxışlarında görüşlər zamanı xarici həmkarları ilə dünyəvi problemləri müzakirə edəcəyini bildirmişdi.