Vladimir Putin Perunun paytaxtı Limada başa çatmış Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Barak Obama ilə söhbət zamanı onu Rusiyaya dəvət edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya lideri jurnalistlərə açıqlamasında bildirib.
“Baxmayaraq ki, illər boyu aramızda dialoq asan olmayıb və işlərimiz çətin gedib, biz daim bir-birimizə hörmətlə yanaşmışıq. Mən birlikdə gördüyümüz işlərə görə prezidentə təşəkkürümü bildirdim. Biz həmişə onu istənilən zaman Rusiyada görməyə şad olarıq”, deyə V.Putin qeyd edib