Dünən Ankarada Rusiya səfirinin qətlə yetirilməsi ilə bağlı araşdırmalar davam etdirilir. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Andrey Karlovun ölümünü araşdırmaq üçün Rusiyadan 18 nəfərlik heyət də Ankaraya gəlib. Heyət üzvləri dərhal səfirin meyitinin saxlandığı Keçiören Ədliyyə-Tibb İdarəsinə gedib.
Bildirilir ki, heyət Rusiya prezidenti Vladimr Putinin təlimatı ilə formalaşdırılıb. Heyətə prokuror, təhlükəsizlik ataşesi, tibb mütəxəssisləri, patoloji-anatomiya uzmanları və psixoloqlar daxildir.
Qeyd edək ki, rəsmi Moskva məlum cinayətlə bağlı istintaqda rus mütəxəssislərin də iştirakını tələb edib.