Puçdemon seçkilərdə iştirak edə biləcək
28 oktyabr 2017 21:39 (UTC +04:00)

Puçdemon seçkilərdə iştirak edə biləcək

İspaniya hökuməti Kataloniya rəhbəri vəzifəsindən kənarlaşdırılan Karles Puçdemonun region seçkilərində iştirak etməsinə qarşı çıxış etməyəcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya hökumətinin rəsmi nümayəndəsi İnyiqo Mendes de Viqo bildirib.    

 

“Düşünürəm ki, o növbəti seçkilərə hazırlaşmalıdır. Onun karyerasını davam etdirmək hüququ var”, - deyə  İnyiqo Mendes de Viqo qeyd edib.

 

Qeyd edək ki,  Kataloniya hökumətinin vəzifəsindən kənarlaşdırılmış keçmiş rəhbəri K.Puçdemon bundan əvvəl İspaniya hökumətinin bu qərarını tanımadığını bildirib.

 

K. Puçdemon regionun müstəqilliyi üçün dinc mübarizəyə çağırıb: “Biz azad dövlətin yaradılması üzərində işi davam etdirəcəyik”.  

 

Separatçı lider bəyan edib ki, İspaniya hökumətinin qərarları Kataloniyanın iradəsinə ziddir.  

 

Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 27-də müstəqilliyini elan edib. İspaniya Senatı isə Konstitusiyanın 155-ci maddəsi əsasında regionda birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bu qərardan sonra Kataloniya parlamenti və hökuməti buraxılıb. Bu gün İspaniya baş nazirinin müavini Mariya Sorayya Saenz de Santamariya Anton Kataloniyanın müvəqqəti rəhbəri təyin olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

Oxşar yazılar