Puçdemon Belçika prokurorluğu ilə əməkdaşlıq etməyə razıdır
04 noyabr 2017 21:20 (UTC +04:00)

Puçdemon Belçika prokurorluğu ilə əməkdaşlıq etməyə razıdır

0

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Madridin onun həbsinə dair verdiyi beynəlxalq orderlə əlaqədar Belçika prokurorluğu ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə K.Puçdemon “Twitter” hesabında bildirib.  

 

Qeyd edək ki, İspaniyanın Milli Məhkəmə Palatası Brüsseldə olan K.Puçdemon və Kataloniya hökumətinin 4 üzvünün həbsinə dair  beynəlxalq order vermək qərarına gəlib.

 

Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində  ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar