Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov yanvarın 30-da Bloxin adına Rusiya Onkologiya Mərkəzində cərrahiyyə əməliyyatı edilib.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, əməliyyatdan sonra o, rejim üzrə müalicə olunur.
Xatırladaq ki, Y.Primakov 1929-cu il oktyabrın 29-da Kiyevdə doğulub. 1953-cü ildə Moskvada Şərqşünaslıq İnstitutunu bitirib. 1953 -52-ci illərdə SSRİ Dövlət Tele-Radio komitəsində xarici ölkələrə radio yayımı Baş İdarəsində redaktor işləyib.
1962-65-ci illərdə «Pravda» qəzetinin Asiya və Afrika bölməsində icmalçı olub. Sonra 1965-70-ci illərdə qəzetin Yaxın Şərq üzrə xüsusi müxbiri işləyib.
1970-77 illərdə SSRİ Elmlər Akademiyasında direktor müavini olub.
1989091-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun və Mərkəzi Komitənin üzvü olub.
1991-ci ildə Rusiya mərkəzi Kəşfiyyat Xidmətinə başlılıq edib. SSRİ dağıldıqdan sonra Rusiya rəhbərliyində çeşidli vəzifələrdə çalışıb.
2011-ci ildən istefadadır.