Poladdan 15 dəfə möhkəm nanoliflər yaradıldı
14 yanvar 2013 13:45 (UTC +04:00)

Poladdan 15 dəfə möhkəm nanoliflər yaradıldı

Böyük Britaniyanın Sauthempton Universitetinin tədqiqatçıları dünyada poladdan bir neçə dəfə möhkəm olan silisium nanoliflər yaradıblar.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ən möhkəm materialın karbon nanohissəciklərin olduğu hesab edilir.

 

Lakin onların yüksək dözümlüyü uzunluğu cəmi bir neçə mikron təşkil edən qısa nümunələrdə qeydə alınıb ki, bu da az praktik dəyərə malikdir. Karbon nanohissəciklərdən fərqli olaraq britaniyalı alimlərin yaratdığı silisium nanoliflər möhkəm və eyni zamanda yüngüldür, onları bir neçə min kilometr uzunluqda istehsal etmək mümkündür. Yeni nanoliflər aviasiya sənayesində, gəmiqayırma və hərbi sənayedə istifadə oluna bilər.

 

Əldə edilmiş nanoliflər poladdan 15 dəfə, şüşə-plastdan isə 10 dəfə möhkəmdir. Nanoliflərin istehsalı üçün Yer kürəsində ən çox yayılmış iki element - silisium və oksigen lazımdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120
avatar

Oxşar yazılar