Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda mağazada baş verən partlayışın səbəbini açıqlayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, mağazada gücü 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu işə düşüb.
Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Hadisə nəticəsində 9 nəfər xəstəxanalara yerləşdirilib, ölən yoxdur.
Qeyd edək ki, bu axşam Sankt-Peterburqda ticarət mərkəzində yerləşən mağazaların birində partlayış baş verib.