Sankt-Peterburqda mağazada baş verən partlayış nəticəsində 10 nəfər yaralanıb, onların həyatına təhlükə olmadığı bildirilir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, cinayətkar 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş partlayıcı qurğunu mağazanın saxlanma kamerasına qoyub.
Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Rusiya İstintaq Komitəsi insidenti terror aktı kimi nəzərdən keçirmir.