Pentaqonun Rusiya ilə əməkdaşlıq etmək fikri yoxdur
22 fevral 2017 05:21 (UTC +04:00)

Pentaqonun Rusiya ilə əməkdaşlıq etmək fikri yoxdur

ABŞ hələlik Suriyada Rusiya ilə hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırmır. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Pentaqonun nümayəndəsi Ceff Devis bildirilib.   

 

“ABŞ və Rusiya münaqişəli məqamların aradan qaldırılması istiqamətində normal əməkdaşlıq edirlər. Hava əməliyyatlarımızın əngəl yaratmamasında əmin olmaq üçün aramızda normal ünsiyyət mövcuddur. Biz hələlik daha geniş əməkdaşlığa can atmırıq”, - deyə mənbə bildirib.   

 

Bundan əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu  Moskva və Vaşinqtonun Suriyanın Rəqqa şəhərinin azad olunmasında əməkdaşlığın və birgə addımların atılmasının mümkün olduğunu bildirib. O qeyd edib ki, hər iki ölkə eyni düşmənlə - beynəlxalq terrorla mübarizə aparırlar.

 

“Vaşinqton bütün dünyanı Rusiya ilə qorxutmaqdan əl çəkməlidir və 5-7 il əvvəl olan münasibətləri  bərpa etmək üçün sakit, konstruktiv və ardıcıl işə başlamalıdır”, - deyə nazir bildirmişdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar