Pentaqon nəyə görə ən güclü bombadan istifadə etdiyini açıqladı
15 aprel 2017 04:27 (UTC +04:00)

Pentaqon nəyə görə ən güclü bombadan istifadə etdiyini açıqladı

Pentaqon Əfqanıstanda ən güclü bombadan istifadənin səbəbini açıqlayıb

 

Amerikalı hərbçilər İŞİD-in Əfqanıstandakı tunellərinə qarşı  ən güclü qeyri-nüvə bombadan istifadə olunmasını zəruri  hesab edirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu  “GBU-43/B” bombasının atılmasına həsr olunan  mətbuat konfransında ABŞ ordusunun Əfqanıstandakı komandanı general Con Nikolson deyib: “Taktiki nöqteyi-nəzərdən bombadan lazımi məqamda və doğru hədəfə qarşı istifadə edilib”.

 

Bununla belə, Nikolson əmrin kimin tərəfindən verilməsinə dair suala cavab verməkdən boyun qaçırıb.   

 

O əlavə edib ki, dinc sakinlər arasında itkilərin qarşısını almaq məqsədi ilə əməliyyata hazırlıq Əfqanıstan hakimiyyəti ilə birgə keçirilib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Oxşar yazılar