Pekində uşaqlara, yaşlılara küçəyə çıxmaq məsləhət görülmür
12 yanvar 2013 22:51 (UTC +04:00)

Pekində uşaqlara, yaşlılara küçəyə çıxmaq məsləhət görülmür

Son illər Pekinin havasının çirklənməsi rekord həddə çatıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, çirklənmə o həddə çatıb ki, uşaqlara və yaşlı sakinlərə küçəyə çıxmamaq məsləhət görülür.

 

Mənbənin bildirdiyinə əsasən, şəhərin havasında daş kömür tozu və avtomobil tüstüsü hiss olunur. Məlumata görə, bu hava şəraiti isə ağ ciyərlərin xərçəngi ilə nəticələnir.

 

Beynəlxalq qurumların rəyinə əsasən, Pekin dünyanın ən çirkli şəhəri olmağa daha yaxındır. Ötən ilin yazında isə Çin hakimiyyəti şəhərin havasına 20 ildən tez nəzarət edə bilməyəcəklərini bildirmişdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Oxşar yazılar